Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

Siyahı həyəcanı

Az qala hamı həyəcan içindədir. Hamı siyahıların, illah da YAP-ın siyahısının açlıqlanmasını səbirsizliklə gözləyir. Nədən ki, hamı fəqrindədir ki, “YAP-ın siyahısı” quru adlardan ibarət sıralamadan daha çox, hakimiyyətin qarşıdakı seçkilər və parlamentin yeni tərkibini necə görmək istəyindən dolayı iradəsinin ifadəsi olacaq.

Yəni o siyahıya düşmək xırda istisnalarla faktiki, deputat mandatı almaq kimi bir şeydir. Qınamaq olmur, adamlar sadəcə, ölkədəki “seçki reallıqlarından” çıxış edirlər. O üzdən indiki və ya keçmiş YAP-çı deputatlardan, yaxud hakimiyyətyönlü deputatlardan heç kim rəsmi siyahı açıqlanmadan özünü qabağa verməyə tələsmir, özünü yandırmaq istəmir.
Çünki bilir ki, qabaqdangəlmişilk etsə, bu, ona baha oturar. Ona görə də “seçkiyə gedəcəksizmi” sualını verəndə hamı dərhal ciddi görkəm alaraq tutuquşu kimi və ürəksiz şəkildə “deputat olmaq fikrim yoxdur, ancaq partiya məsləhət bilsə...”, “YAP müdafiə eləsə...” şərti ilə başlayan cümlələr qurmağa başlayır. Sanki onlardan ötrü ictimai rəy, xalqın iradəsi yox, sovet dönəmindəki kimi “doğma, əziz partiyanın” rəyi əsasdır.
“Sanki” niyə? Elə belədir.

Biri var, üç dədə deputat təyin edilib. 4-cü dəfə də olmaq ürəyindən keçir, ancaq arzusunu açıq dilə gətirməkdən ehtiyat edir, axı siyahı hələ açıqlanmayıb. “Birdən adım ora düşməz” qorxusu ilə yaşayır. Və əlavə edir ki, “heç vaxt öz xoşu ilə seçkiyə getməyib”. Təsəvvür edirsizmi? Yəni adamı seçicilərin onun haqda nə düşündüyü ötən 15 ildə maraqlandırmayıb, yenə maraqlandırmır, dairədəki sakinlərin iradəsi onun vecinə də deyil, əsas odur ki, “doğma, əziz partiya” onu yenə deputatlığa layiq bilir, ya yox?

Əgər hər hansı səbəbdən “yuxarı” onu daha deputat görmək istəmirsə və siyahıya da adı düşməyibsə, demək, hətta seçkini udmaq şansı olsa belə, seçicilər tələb eləsə belə, o, seçkiyə qatılmayacaq, buna hünəri çatmayacaq. Zira, Azərbaycanda həqiqi mənada xalqdan deputat mandatı almağın əzabını, bədəlini kim bilməsə də, o və onun kimilər gözəl bilirlər.
Sual ortaya çıxır: Azərbaycan xalqına belə ürəksiz, cəsarətsiz, onun iradəsinə sayğısız deputatlar, nəhayət, belə seçki, belə lal-dinməz, müti deputatlardan ibarət parlament lazımdımı? Ötən illərin təcrübəsi yetmədimi? Nə verdi bizə bu lal-dinməz, ölkə siyasi həyatına təsir imkanı sıfırın yanında olan birpartiyalı parlamentlər? Milli Məclis hakimiyyətin ikinci, müstəqil qolu olmaqdan çoxdan çıxıbsa, təzədən onun “kopyasını” çıxarmaq nə verəcək ki, xalqa?

Bəlkə bu dəfə “valı” azca dəyişək?..

***

YAP-ın siyahısını özünə az-çox güvənən digər partiyalar, bloklar və müstəqil namizədlər də gözləyir. Bu dəfə motiv 180 dərəcə fərqlidir: “görəsən filan dairədən bizim namizədimizin rəqibi hansı ünlü YAP-çı olacaq”, “filan namizədi YAP (hakimiyyət - müəllif) axıradək dəstəkləyəcəkmi, yoxsa dairəni ”açıq" saxlayacaq" kimi suallara bəri başdan cavablar tapmaq üçün sözsüz ki.

Bu da yenə Azərbaycanda azad, ədalətli, bərabər seçkiləri keçirilmədiyinin, demokratik seçki mühitinin əlçatmaz olduğunun başqa bir sübutudur. Doğru, dairədə neçə potensial iddiaçının olduğunu öyrənmək, monitorinqlər aparmaq, yüz ölçüb bir biçmək, şansları dəqiqləşdirmək hər bir namizəd üçün vacibdir. Ancaq rusun sözü olmasın, “Loma qarşı heç bir fənd effektli deyil”. Başqa sözlə, hansısa dairəyə YAP artıq “əl qoyubsa”, digər partiyalar, müxalifətdən olan və ya müstəqil iddiaçılar nə qədər o dairədə nüfuz sahibi, şanslı olsalar belə, “qələbə” YAP-çının olacaq. Hər halda indiyədək belə olub.

Türkiyədə, normal ölkələrdəki parlament seçkilərini bizdəki parlament seçkilərindən fərqiləndirən bir mühüm özəllik də budur. Orda doğrudan da ən şanslıların siyahısı tutulursa, bizdə şansından asılı olmayaraq hakim qüvvənin deputat görmək istədiyi şəxslərin siyahısı tərtib edilir və yerdə qalan siyasi qüvvələr, müstəqillər də o siyahını maksimum dərəcədə nəzərə almaq zorunda qalırlar. Halbuki, demokratik seçkilərdə belə olmur. Azad və ədalətli seçki yarışında ən əvvəl özünə güvənənlər mübarizəyə qatılır və onların da ən şanslısı, seçici ürəklərinə daha yaxşı yol tapanları qalib gəlir.

Müxtəsəri, millət vəkilliyinə iddialılar ilk növbədə seçici ürəyinə gedən yolu tapmaqdan dolayı həyəcan yaşayır, nəinki siyahı həyəcanı. Azərbaycanda tilsim nəhayət, qırılacaqmı?/musavat/

Nur-az.com
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı