Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

Türk polisi bir-birini İŞİD-çi bilib atışdı

Türkiyədə polisin yaşadığı evə həmkarları tərəfindən basqın edilib. Mənzilin İŞİD yuvası olduğu zənn edilərək əməliyyat keçirilib.

Şanlıurfada bir polis üzərində “Kalaşnikov” silahı gəzdirən şəxsdən şübhələnərək evini təsbit edib.

Onun İŞİD üzvü olmasından şübhələndiyini polis həmkarlarına söyləyib. Bunun ardınca Karşıyaka məhəlləsindəki həmin evə basqın olub. Polis qüvvələri evin qapısının zəngini çalmadan qırıb içəri soxulublar. Evdə olan polis ona terror hücumu olduğunu zənn edərək “Kalaşnikov” silahını götürüb müdafiə olunmağa başlayıb.

Hər iki tərəf silahı yerə qoyub təslim olmağa çağırış edib. Yarım saat davam edən danışıqların sonunda məsələ aydınlaşıb və ortada yalnız qırılmış qapılar qalıb./axar/
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber