Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2015

Azərbaycanda iki övlad atası intihar edib

Şəkidə iki övlad atası intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə avqustun 29-u günorta saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Bəlyar oğlu Salmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Onun intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./apa/
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...