Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

«Azərbaycan Tarixi» dərsliyi erməni bayrağı fonunda

Dünən sosial şəbəkələrdə maraqlı bir fotoşəkilə paylaşılıb. Xanım Nuru adlı istifadəçi tərəfindən paylaşılmış fotoşəkildə «Azərbaycan Tarixi» dərsliyinin üz qabığı əks olunub. İlk baxışdan burada təəccüblü heç nə yoxdur. Amma…

Təəccüblü olan bu tarix dərsliyinin üz qabığındakı rənglərin Ermənistan bayrağı ilə eyniyyət təşkil etməsidir. Xanım Nuru isə yazır ki, indiyə qədər bu rənglərin bir arada olduğuna rast gəlməyib və Ermənistan bayrağının rənglərinin «Azərbaycan Tarixi» dərsliyinin üzərinə vurulmasını da təsadüf olaraq qəbul etmir. «Bunun təsadüf olduğuna inanmıram. Çünki bu üç rəngi heç vaxt bir yerdə görməmişəm. Hər zaman gizli məqsədləri üzə çıxıb. Görəsən, daha nə etməlidirlər ki, biz ayılaq? Bu məsələyə laqeyd qalmamalıyıq».

Siyavuş Novruzov bunu edənə də erməni deyəcək ya yox?/jam/
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP