Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Ayətullah Nuri Həmədani Bakıya gəlib

Tanınmış müctəhid Ayətullah Hüseyn Nuri Həmədani Bakıya gəlib

İnterAz-ın İran səfirliyinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, Ayətullah Nuri Həmədanini Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə və İran səfiri Mohsen Pak-Ayin və Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq-Nicat qarşılayıblar.

Qeyd edək ki, Ayətullah Nuri Həmədani Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin 6 günlük qonağı olacaq.

Ayətullah Nuri Həmədani Azərbaycan alimləri və ruhaniləri ilə görüşəcək. Həmçinin Təzə Pir məscidində ölkə inanclılarının iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin toplantısında iştirak edəcək. Müctəhidin Şamaxı və Gəncə kimi şəhərlərə səfəri, İmam Rzanın bacısı Həkimə xanımın məzarının ziyarəti etməsi, Bakı ruhaniləri və din xadimləri qarşısında çıxışı planlaşdırılıb.


1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:01