Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

QAT-ın nəzdində Hərbi Şuranın yaradılması ilə bağlı qərar qəbul olunub

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin iclası keçirilib. Ilqar Əlinin sədrliyi ilə keçən iclasda ilk olaraq təşkilati məsələlərə baxılıb. Barat İmani QAT Ali Məclisinin sədri seçilib. Hüseyn Həsənov( Xətai), Paşa Dadaşov( Qubadlı), Rahib Haşimovun( Lənkəran), rayon şöbə sədrləri səlahiyyətləri təsdiq olunub, Hüseyn Hüseynov, Cəfər Həşimov, Mehriban Abbasova, Solmaz Alıyeva, Samir Hüseynov QAT Ali Məclisinə sərbəst üzv seçiliblər.

Sonra görülmüş işlər, hazırki vəziyyət və qurumun vəzifələri ilə bağlı məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul edilib. Hazırki vəziyyətlə bağlı qəbul olunmuş qərarda xüsusi olaraq vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox yubadılıb, danışıqlar heç bir nəticə verməyib, beynəlxalq təşkilatlar ermənipərəst mövqelərində daha təkidlə inad edir, Ermənistana qarşı sanksiya tətbiq etmək istəmirlər. ABŞ və Rusiyanın son fəallaşması münaqişənin ədalətli həllinə deyil, öz maraqlarının qorunmasına xidmət edir. Ermənistan atəşkəs rejimini daha davamlı şəkildə pozur. Ermənistanın atəşkəsi artan sürətlə pozması Azərbaycanın müharibəni başlaması üçün tam əsas verir.

İclasda həmçinin həbsdə olan siyasilərlə, xüsusilə də Qarabağ müharibəsi iştirakçıları ilə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə göstərilir ki, bu gün Azərbaycan cəmiyyətinin həmrəyliyinə, birliyinə çox böyük ehtiyac var. Bu həmrəylik və birlik ölkənin iqtisadi- siyasi inkişafı, Qarabağın işğaldan azad olunması üçün vacibdir. Ona görə də ölkə rəhbərliyindən bu yöndə addəm atması, siyasi, ictimai, dini xadimlərin, Qarabağ müharibəsi iştirakçılarının azadlığa buraxılması üçün təşəbbüs etməsi xahiş olunur.

Ali Məclis üzvləri daha sonra ərəfədə olan parlament seçkilərinə münasibət bildiriblər. Bu məsələ ilə bağlı “Qarabağa azadlıq!” adlı seçki platformasının hazırlanması qərara alınıb. Qarabağın işğaldan yalnız hərbi yolla azad olunmasına tərəfdən olan parlament üzvlüyünə namizədlərin bu platforma ətrafında birləşdirilməsi nəzərdə tutulur.

Ali Məclisdə daha mühüm bir qərar: QAT-ın nəzdində Hərbi Şuranın yaradılması ilə bağlı qərar qəbul olunub./FaktXəbər/
471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı