Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

“Bəhruzun şübhəli şəxs olması haqqında iddialar uydurmadır”

«Başqa formada küçədə saxlanılaraq aparılması isə özbaşınalıqdır»

Əlövsət Əliyev: «Pəncərədən özü tullanan adamın başı üstə düşməsi mümkün deyil. Yalnız pəncərədən kimisə tullayarsansa, o, başı üstə düşə bilər»


Ötən həftə Mingəçevir şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsi gündəmin əsas mövzusuna çevrilib. Meydan TV olay ətrafında yaranmış suallara keçmiş polis rəisi, hüquqşünas Əlövsət Əliyevlə cavab tapmağa çalışıb.


- Mingəcevirdə baş verən hadisəni - konkret olaraq Bəhruz Hacıyevin ölümü ilə bağlı xəbərləri yəqin ÿmətbuatdan izləyirsiz. Sizcə, KIV-lərdə gedən məlumatlar həqiqəti əks etdirirmi?

- Mingəçevirdə Bəhruz Hacıyevin naməlum şəraitdə ölməsi ilə bağlı rəsmi açıqlamalar artdıqca, ziddiyyətli məqamların sayı da artır vəÿ diqqət çəkir.ÿƏslində KIV-lərə istinadən rəy bildirmək çətindir, çünki, KIV-lərdə olan məlumatların həqiqəti nə dərəcədə əks etdirməsi məlum deyil. Işgəncə faktları ilə bağlı məsələləri Elçin Behbudov araşdırır və KIV-lər də obyektiv məlumatı ondan almalıdır. Lakin bəzi məqamlara münasibət bildirmək mümkündür. Məsələn, rəsmi məlumatlarda mərhumun şübhəli şəxs kimi şöbəyə gətirilməsi göstərilir.ÿƏvvəla, polis şöbəsinə şübhəli şəxs kimi gətirilənlər növbətçi hissəyə təhvil verilməli, orada saxlanılan “Gətirilən şəxslərin qeydiyyatı” kitabına həmin şəxsin anket məlumatları, gətirilmə səbəbi, dəqiq vaxtı, gətirən polis əməkdaşı və ya əməkdaşları haqqında məlumatlar qeyd edilməlidir. Bundan sonra dərhal hal şahidlərinin iştirakı ilə üzərində axtarış aparılmalı və bununla bağlı hal şahidlərinin iştirakı ilə müvafiq protokol tərtib edilməli, üzərində aşkar edilmiş əşyalar protokolda qeyd olunmalıdır. Sonra sənədlər “Cinayətlərin qeydiyyatı” kitabına işlənməli, toplanmış sənədlər üzərinə rəis dərkənar qoymalı və materialın yoxlamasını bir əməkdaşa həvalə etməlidir. Həmin əməkdaş kitaba imza etməklə materialı götürməli, dindirmə otağında vəkilin iştirakı ilə həmin şəxsi dindirilməlidir. Şübhəli şəxsinÿvə ya təqsirləndirilən şəxsin dindirmə otağı pəncərəsi açıq otaqda olmalı deyil. Dindirmə otağında təhlükəsizlik qaydaları normal olur və ordan kiminsə qaçması və ya buna cəhd etməsi mümkün deyil. Lakin mətbuatda verilən məlumatlarda bunların heç birinə əməl olunmadığı görünür.

- Necə görünür?

- Rəisin müsahibələrindən görünür ki, mərhum şöbəyə gətiriləndən 6-7 dəqiqə sonra özünü pəncərədən atıb. Yuxarıdaÿgöstərdiyim və icrası zəruri olanÿprosessual qaydaların isə 6 və ya 7 dəqiqə ərzində, hətta 30 dəqiqə ərzində icra edilməsi mümkün deyil. Göründüyü kimi, təkcə bu hissədə cavablandırılmasınaÿehtiyac olan çoxlu cavabsız sual yaranır:

1.Mərhum şübhəli şəxs idisə, niyə növbətçi hissəyə deyil, dərhal 3-cü mərtəbəyə aparılırdı?

2.Şübhəli şəxs deyildisə,ÿnə üçün rəis, işi aparan müstəntiq, Elçin Behbudov onu “şübhəli şəxs” adlandırırlar? Nə üçün ictimai yerdə onun qolunu qandallayaraq polisə gətirirlər?

3.Rəisin və ya əməliyyat işləri üzrə rəis müavininin icazəsi olmadan küçədə iki nəfərin qandallanaraq polisə gətirilməsi, müvafiq qaydada qeydiyyata alınmaması, onlardan birininÿ3-cü mərtəbəyə qaldırılması necə mümkün ola bilər? Bu, cinayət axtarış şöbəsinin baş leytenant rütbəsində olan bir əməkdaşının səlahiyyəti və imkanı daxilində deyil.

4.Bu qanunsuzluğun şöbənin rəhbərliyinin, əməliyyat növbətçisinin, onun köməkçisinin xəbəri və razılığı olmadan etməyin mümkünsüzlüyünü hamımız gözəl bilirik. Bilirik ki, heç bir polis şöbəsinə növbətçi hissənin gözündən yayınıb daxil olmaq mümkün deyil. Bu məsələ çox şübhəlidir.

5.Eyni zamanda iki nəfər şübhəli şəxs kimi şöbəyə aparılıb. Onlar həqiqətən şübhəli şəxs idilərsə, niyə onların dəqiq hansı cinayətin törədilməsində şübhəli olmaları qeyd olunmur? Niyə ikinci şəxs şübhəli şəxs kimi dindirilmədi, saxlanılmadı, məsuliyyətə cəlb olunmadı?

- Ümumiyyətlə, kimlər şübhəli şəxs kimi saxlanıla bilər?ÿ Cinayət Prosessual Məcəllədə bununla bağlı xüsusi anlayış varmı?

- CPM-nin 90.1. maddəsinə görə, şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır:

- ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;

- cinayət törətməkdə şübhələndiyinə görə tutulmuş şəxs;

- haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.

Mərhumun ÿvə onun dostunun bu üç bəndin hansına uyğun olaraq tutulmasını hüquq-mühafizə orqanları aydın göstərməlidirlər. Məncə, onun şübhəli şəxs olması haqqında iddialar uydurmadır. Başqa formada küçədə saxlanılaraq aparılması isə özbaşınalıqdır. Yəni bu vaxta kimi mən onun hansı cinayəti törətməkdə şübhəli olduğunu başa düşməmişəm. Onunlaÿ birlikdə tutulan şəxsin müsahibəsindən də onların hansı əmələ görə şübhəli şəxs qismində aparılmalarını dəqiqləşdirə bilmirəm. Yəni qanunvericiliyə uyğun yanaşsaq, mərhumun “şübhəli şəxs” adlandırılması yolverilməzdir, qanunsuzdur, mərhumun ruhuna, ailəsinə açıq-aydın hörmətsizlikdir. Ən pisi odur ki, onu rəis də, prokurorluğun müstəntiqi də, DIN-in təmsilçisi də əsassız olaraq “şübhəli şəxs” adlandırıb.

- Onun özünü pəncərədən atması ağlabatandırmı?

- Mətbuatda gedən məlumatlara əsasən, baş leytenant ona görə ittiham olunub ki, o, mərhumu otaqda tək qoyaraq hal şahidlərinin dalınca gedib. Belə nəticəyə gəlirəm ki, mərhum pəncərəsi açıq olan otaqda tək olub. Yəni ona nəzarət edən olmayıb. Belə olan halda, cibində narkotik vasitə olan şəxs yəqin ki, onu çıxarıb atardı, pəncərədən başı üstə 6 metr uzaqlığa tullanmazdı. Insanların belə axmaqÿyerinə qoyulmasına təəssüf edirəm.

- Başı üstə məsələsini niyə xüsusi vurğuladız?

- Bəli, çünki pəncərədən özü tullanan adamın başı üstə düşməsi mümkün deyil. Yalnız pəncərədən kimisə tullayarsansa, o, başı üstə düşə bilər. Bundan tam əminəm. Məncə, bunların hamısını müəyyənləşdirmək üçün ekspertizalar təyin olunmalıdır.

- Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun bu hadisə ilə bağlı acıqlaması ilə tanışsınızmı?

- Tanış oldum. Elçin Behbudova və onun fəaliyyətinə hörmətlə yanaşmamı xatırlatmaqla mən də ona bəzi suallar vermək istəyirəm.

Birincisi, o, APA-ya müsahibəsində müavini Elçin Şirinov və köməkçisi Nizamədin Rüstəmovla Mingəçevir şəhər Polis Şöbəsində monitorinq keçirdiyini qeyd edib. Bildirib ki, monitorinqin əsas məqsədi bir müddət əvvəl özünü pəncərədən ataraq intihar etmiş Bəhruz Hacıyevin məsələsini araşdırmaqdan ibarət olub.

1.Deməli, Bəhruzun özünü pəncərədən ataraq intihar etməsi istintaq başa çatmazdan əvvəl Elçin müəllimə bəllidir. Belə olan halda Mingəçevirə niyə getmişdi?

2.Daha sonra vurğulayır, Bəhruz Hacıyevin atası və əmiləri bildiriblər ki,ÿəməliyyatçı Şahlar Şahlarzadə Bəhruzu otaqda tək qoyduqları üçün şikayətçidirlər. Hamıya bəllidir ki, onlar övladlarının otaqda tək saxlanılması üçün deyil, övladlarının ÿnaməlum şəraitdə ölüm faktına görə şikayətçidirlər.

3.Elçin müəllim APA-ya deyirÿ ki, mərhumun boynunun qırılması və başının yaralanması onun üçüncü mərtəbədən özünü atması nəticəsində yaranıb. Ona məhkəmə tibb ekspertizası əvəzinə danışmaq səlahiyyətini kim verib və xüsusi bilik tələb edən bu ixtisaslara nə zaman yiyələnib?

4.Daha sonra müsahibədə bildirib: “Şöbədə elektroşok cihazları var. Lakin onlar açılmayıb, möhürlü şəkildə vəÿ bağlı yerdə saxlanılır. Həmin məsələni prokurorluq əməkdaşları da yoxlayıblar”. Elçin müəllim, siz həmin cihazlara baxış keçirmisinizmi, bunu protokollaşdırmısınızmı, həmin cihazların dəqiq sayı sizə bəllidirmi, həmin cihazlar hansı möhürlərlə qablaşdırılıb?ÿ

5.Eyni zamanda hadisənin kimin xidməti otağında və ya neçə nömrəli otaqda baş verdiyini, mərhumun həqiqətən həmin otağa aparılmasını necə müəyyən edib? Mərhumun düşdüyü yeri necə müəyyən edib? Həmin gün əməliyyat növbətçisi, onunÿ köməkçisi kim olub? Şöbəÿ rəhbərliyində məsul növbətçi kim olub?

6.Elçin Behbudovÿ deyib: “Nazirdən xahiş edəcəyəm ki, bu cür halların qarşısını almaq üçün polis şöbələrində olan dindirmə otaqlarının pəncərələrinə dəmir barmaqlıqlar vurulsun”. Soruşuram: Bu, sənin səlahiyyətinə aiddirmi, Elçin müəllim? Bəlkə sən şübhəli şəxsin hansı otaqda saxlanılmalı və dindirilməli olması ilə maraqlanasan? Bəlkə özün və əməkdaşların DIN-də və MTN-də şəxsi axtarış, saxlanılma və dindirilmə qaydalarını dərindən öyrənəsən? Axı bunları mükəmməl bilmədən sən obyektiv və faydalı hesabat yaza bilməzsən.

Məncə, bu qədər ağır bir işdə ciddi və məsuliyyəti dərk edilən bir hesabat ortaya qoymaq lazımdır. Bu, mərhumun ailəsinə və hüququn aliliyinə hörmət, eyni zamanda daşıdığın missiyanı layiqincə və vicdanla yerinə yetirmək hissindən doğmalıdır. Hesab edirəm ki, bu işdə mərhumun zərərçəkmiş kimi tanınmış ailə üzvü vəkillə təmin olunmalı və qeyd etmədiyimiz daha çox suala aydınlıq gətirməlidir./azadlıq/


1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...