Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Cənubi Qafqazda ən pis vəziyyət Azərbaycandadır

Gürcüstanın 48-ci, Ermənistanın 53-cü olduğu siyahıda Azərbaycan 126-cı yerdə qərarlaşıb

Cənubi Qafqazda insan hüquq və azadlıqları sahəsində vəziyyətin ən pis olduğu ölkə Azərbaycandır. Insan Azadlığı Indeksində Azərbaycan 150 ölkə arasında 126-cı yeri tutub.

Araşdırmanı Vaşinqton, Katon, Vankuver, Freyzer institutları və Fridrix Nauman Fondu birgə həyata keçirib.

150 ölkə üzrə aparılan araşdırma zamanı ayrı-ayrı dövlətlərdə insanların şəxsi azadlığı, vətəndaş azadlıqları, eləcə də iqtisadi sahədəki azadlıqlarla bağlı durum təhlil olunub.


Əldə olunan nəticələrə görə, Cənubi Qafqazda azadlıqlar baxımından ən yaxşı vəziyyət Gürcüstandıdar. Bu ölkə 48-ci yerdə qərarlaşıb. Cənubi Qafqazın digər ölkəsi Ermənistan isə qonşusundan cəmi 5 pillə geri qalaraq, 53-cü yeri tutub. 

Indeksdə Ukrayna 74-cü, Rusiya isə 11-ci olub.

Insan Azadlığı Indeksinə görə, ən yaxşı vəziyyət Honq-Konqdadı. Siyahıda onun ardınca Isveçrə, daha sonra Finlandiya gəlir.

ABŞ siyahıda 20-cidir.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11