Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Bakıda iki qardaş bıçaqlandı, onlardan biri öldü

Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Suraxanı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber