Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Qorxmaz Hüseynov Qobuya qənim kəsilib?

Bu şəkildə gördüyünüz fəvvarə nə uzaq Liviya səhrasında çəkilib, nə də susuz qalan Bakının Qobu qəsəbəsində. Çox uzağa getməyək, şəkil ölkənin su təsərrüfatının əsas təminatçısı sayılan “Azərsu” ASC-nin binası qarşısında lentə alınıb.

Sosial şəbəkələrdə yayılan bu görüntü “Azərsu” ASC üçün gülmək yoxsa ağlamaq lazım olduğunu düşündürür. Çünki qurum öz binası qarşısındakı fontanı belə su ilə təmin edə bilmir.
ASC rəhbəri Qorxmaz Hüseynovun hər gün gedib-gəldiyi bu yerdə fəvvarəni görmədiyi məlumdur. Qobuya günlərdir su verməyən qurum fəvvarənin qayğısına niyə qalsın ki?!
Abşeron rayonu, Qobu qəsəbəsinin sakinləri qızmar yay günlərini susuz keçirmək məcburiyyətində qalıblar. Belə ki, qəsəbənin aylardır, davam edən su problemi bitmək bilmir. Qəsəbəyə daimi su verilsə də, su borularında yaranan problemlər səbəbindən əhali günlərlə susuz qalır.
Sakinlər deyirlər ki, ay ərzində 6-7 dəfə su kəsilir. Nəticədə qəsəbə sakinləri su üzünə həsrət qalır, vedrələrlə su daşıyıb, günlərini keçirməli olurlar. Sakinlərin sözlərinə görə, elə vaxt olub ki, qəsəbəyə 15 gün su verilməyib. Son olaraq avqust ayının 21-də su kəsilib və hələ də verilmir.
Qobu qəsəbəsinin küçələrində günün istənilən saatında əlində verdə ilə su daşıyan insanlara rast gəlmək olar. Onlar deyirlər ki, su 1-2 gün verilməyəndə həyətində çəni olan qonşulardan daşıyıb, vəziyyətdən çıxırlar. Ancaq isti yay günlərində bir həftə susuz qalmaq dəhşətdir.
Qəsəbə sakinləri problemlə bağlı hər dəfə “Azərsu” ASC-yə müraciət etdiklərini deyirlər. Oradan sakinlərə bildirilib ki, problemin səbəbi su borularının partlaması ilə bağlıdır.
Qobu sakinləri yaxın günlərdə “Azərsu” ASC-nin binası önündə etiraz aksiyası keçirəcəklərini bildiriblər.
Sonuncu dəfə avqustun 21-də Qobu qəsəbəsinə verilən su kəsilib və artıq bir həftədir ki, insanlar yüzlərlə metr uzaqlıqdan vedrələrlə su gətirirlər. Həyətlərində irihəcmli su çənləri olan sakinlərin də su ehtiyatı artıq tükənib./tia/

Qorxmaz Hüseynov Qobuya qənim kəsilib? - FOTO
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı