Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Masallının Ərkivan kəndində bələdiyyə sədri qalmaqalı

Masallı rayonunun Ərkivan qəsəbəsində bələdiyyə ilə bağlı qalmaqallı vəziyyət yaranıb. Bu barədə qəsəbə sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, son seçkilərdə xeyli sayda qanun pozuntusu və saxtakarlıqla müşahidə edilən prosesdən sonra formalaşmış bələdiyyəyə indi də hərbi xidmətdə olmayan birini sədr gətirmək istəyirlər. «Müvəqqəti müavin kimi təyin olunan Anar Rəcəbovu Ərkivan bələdiyyəsinə sədr təyin etmək istəyirlər. Bu adam hərbi xidmətdə olmayıb. Bu da bizim qəzəbimizə səbəb olub. Çünki Ərkivan hər zaman vətənpərvərliyi ilə seçilən bir qəsəbə olub, Qarabağ savaşında onlarla şəhid verib. Necə ola bilər ki, bu qəsəbənin bələdiyyə sədri hərbi xidəmtə olmamış biri olsun?»./jam/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber