Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Bakıda satıcını döyüb, başında butulka sındırdılar

Naməlum şəxslər satıcını bıçaqla hədələyiblər.

Bakıda mağazalardan birinə basqın hadisəsinin videogörüntüləri yayımlanıb. 

Hadisə Binəqədi rayonunda yerləşən marketlərdən birində baş verib.

Görüntülərdən aydın olur ki, iki nəfər mağazaya girərək satıcıdan su istəyiblər. Satıcı piştaxta altına girən zaman həmin şəxslər ona hücum çəkiblər. Naməlum şəxslər satıcını bıçaqla hədələyiblər, daha sonra butulkaları satıcının başında sındırıblar. Daha sonra onlar kassadakı pulları götürüb ərazidən uzaqlaşıblar.

Baş verən soyğunçuluq hadisəsi nəticəsində satıcı ağır yaralanıb. 

Bu şəxsləri tanıyanlardan hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur. 




632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...