Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Bakıda sabiq polis güllələyən məmur oğludur

Bakıda sabiq polisi qətlə yetirən Rövşən Həsənovla bağlı maraqlı fakt məlum olub.

Nadir İbrahimovu bir neçə gün əvvəl "Lexus" markalı maşınında güllələyən Rövşən Həsənovun atası yüksək vəzifəli dövlət məmurudur. Onun atası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovdur.

Məlumat üçün bildirək ki, Nadir İbrahimov müğənni Azər Zeynalovun qaynı, Rövşən isə SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkənidir.

Mərhum N.İbrahimovun yaxınlarından milli.az-a bildirilib ki, R.Həsənov bir müddət əvvəl də adam öldürüb. İddiaya görə, o, avtomobili ilə bir piyadanın həyatına son qoyub. Eyni zamanda, Rövşən qanunsuz silah gəzdirirmiş./milliaz/
546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24