Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

İsgəndər Həmidov niyə Müsavatdan namizəd olur?

Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adlarını açıqlayıb. Namizədlər arasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun da adı yer alıb.

Maraqlıdır, İsgəndər Həmidov niyə öz partiyasından deyil, Müsavatın üzvü olmadığı halda bu siyasi təşkilatdan deputatlığa namizədliyini irəli sürür?

Məsələ ilə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, bunu normal hal hesab edib.

“Seçkidə iştirak edəcək şəxslər istənilən partiyanın tərkibində namizədliyini irəli sürə bilər. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi şəxsin öz istəyinə bağlıdır. Bu, nə Müsavat Partiyasının nizamnaməsinə, nə də ki, Seçki Məcəlləsinə ziddir. Seçki Məcəlləsində bununla bağlı heç bir qadağa da mövcud deyil”.
532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39