Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Tovuzda dəhşətli qəza - 4 nəfər öldü

Tovuzda 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Bədbəxt hadisə Tovuz Xatınlı yolunun 4-cü kilometrliyində, Xatınlı kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Əvvəlcə elektrik dirəyinə, daha sonra isə yol kənarında dayanan "Kamaz" markalı yük avtomobilinə çırpılan minik avtomobilində 4 nəfər sərnişin olub. 1982-ci il təvəllüdlü Tovuz rayon Qədirli kənd sakini Quliyev Etiram Nəbi oğlu, Tovuz rayon Qaraxanlı kənd sakinləri 1980-ci il təvəllüdlü Süleymanov Rəsul Əli oğlu və 1998-ci il təvəllüdlü Əliyev Murad Fərrux oğlu və Tovuz rayon Qaraxanlı kənd sakini 1989-cu il təvəllüdlü Əsədov İbrahim İlqar oğlu dünyasını dəyişib./ttv/
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber