Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2015

Qəddafi ilə yaxınlığı Toni Bleyerə baha başa gəldi

Britaniyanın keçmiş baş naziri Toni Bleyerin vaxtilə Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi ilə yaxın münasibətlərdə olması ona baha başa gəlir.

Britaniya parlamenti Bleyerdən Xarici Əlaqələr Komissiyasının iclasına gəlib millət vəkillərinə izahat verməyi tələb edir.

Bu barədə məlumat Britaniyanın «Times» qəzetində yayılıb. Məlumata görə, Bleyer çətin günlərində Qəddafini düşdüyü vəziyyətdən xilas etməyə çalışıb. Və bununla bağlı Britaniya rəsmiləri ilə də təmaslara girib. Liviyanın bombalanmasından bir az əvvəl Bleyer Britaniya rəsmilərinə bildirib ki, Qəddafinin yaxın adamlarından biri onunla əlaqə saxlayaraq Liviya liderinin dialoqa hazır olduğunu açıqlayıb. Lakin Britaniya rəsmiləri onun bu sözlərinə əhəmiyyət verməyiblər.

Hakim partiyanın deputatlarından Daniel Kavçinski Bleyerin bu yanaşmasının olduqca çirkin və məsuliyyətsiz olduğunu bildirib. O da, bir çox başqa deputatlar da keçmiş baş nazirin parlamentdə izahat verməsini vacib sayır.
Qeyd edək ki, Britaniya parlamentinin Xarici Əlaqələr Komissiyası Liviyadakı məlum olayların araşdırmasını hələ də davam etdirir.
464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu