Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Terrorçular polis mərkəzinə qumbara atdılar

Türkiyə Ağrı vilayətinin Doğubəyazid rayonunda naməlum şəxslər partlayıcı maddə ilə polis mərkəzinə hücum ediblər. Ans “Doğan” agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla axşam saat 20.30-da (Bakı vaxtıyla 22.30) baş verib.

Məlumata görə, şəxslər kustar üsulla hazırlanmış partlayıcı qurğunu “Böyük Ağrı” prospektində yerləşən “Uluyol” polis mərkəzinə atıblar. Qurğular partlasa da baş vermiş partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başladılıb və hadisəni törədənin müəyyənləşdirilərək yaxalanması istiqamətində əməliyyatlar davam edir.
2005 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
11.07.18, 11:42
GƏNCƏDƏN OLAN SON VİDEO
Go to TOP