Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Rusiyanın 10%-nin Obamadan zəhləsi gedir

ABŞ rus cəmiyyətində mənfi assosiasiya yaradır. Ruslar bu ölkəyə və hökumətinə son dərəcə pis münasibət bəsləyir, ABŞ-ı əxlaqsızlıq və cinayətkarlar yuvası kimi dəyərləndirir.

“İnterfaks” xəbər verir ki, Rusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin 46 regionda 1600 nəfər arasında keçirdiyi sorğudan məlum olub ki, rusların 10 faizi Obamaya nifrət edir, 9 faizində ABŞ adı neqativ təəssüratlar yaradır, 4 faiz isə ABŞ-ı Rusiyanın bir nömrəli düşməni kimi görür.

Sorğu iştirakçılarının 3 faizi ABŞ-ı müharibə, hiddət, nifrət və zorakılığı tərənnüm edən dövlət olduğu, 2 faizi isə tətbiq etdiyi sanksiyalara görə sevmədiyini açıqlayıb.

Demək olar ki, hər 3 adamdan biri (30 faiz) ABŞ-a olan münasibəti haqda danışmağa çətinlik çəkdiyini deyib./axar/
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11
A