Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Rusiya Qərbi ittiham etdi

Avropada miqrant böhranı və İŞİD terror qruplaşmasının meydana gəlməsi Qərb dövlətlərinin yeritdiyi məsuliyyətsiz siyasətin nəticəsidir.

TASS ahentliyinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Nyu-Yorkda Parlamentlərarası İttifaqın toplantısına ünvanlandığı video müraciətdə bəyan edib.

“Bu gün Avropada yaşanan qaçqın və miqrant böhranı, İŞİD terror qruplaşmasının meydana gəlməsi bir sıra Qərb dövlətlərinin yeritdiyi məsuliyyətsiz siyasətin nəticəsidir”, deyə V.Matviyenko bildirib.

Onun sözlərinə görə, Qərb digər dövlətlərə qarşı açıq şəkildə təzyiq göstərir, birtərəfli sanksiyalar və güc tətbiq edir. Bu səbəbdən dünyanın bir sıra regionu xaosa sürüklənib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Nyu-Yorkda Parlamentlərarası İttifaqın toplantısına qatılmalı idi. Lakin viza alınmasında problemlərlə əlaqədar Valentina Matviyenko ABŞ-a səfərini ləğv etməli olub./apa/
519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00: