Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Türkiyədə yeni nazirlərə bəd xəbər

Türkiyədə ötən həftə qurulan və MHP-dən 1, HDP-dən 2 millət vəkilinin də üzv olduğu nazirlər kabineti sürprizlə qarşılaşıb. Baş nazirlik müvəqqəti seçki hökuməti üçün nazirlərin səlahiyyətləri daxilində olan birbaşa və bilavasitə bütün təyinatları dayandırıb.

Ankara kulvarlarında bu addımın, PKK-nın siyasi qolu olan HDP-li 2 nazirə görə, yəni terror təşkilatına açıqdan dəstək verən bu şəxslərin edəcəyi təyinatların qarşısını almaq üçün atıldığı bildirilir.

Bu məqsədlə baş nazir Əhməd Davudoğlu nizamnamə imzalayıb. Həmin sənədə görə, bəzi kiçik istisnalar olmaqla hökumətdə bütün təyinatlar dayandırılıb.

Nazirlər hətta öz səlahiyyətləri altında olan bir məmurun vəzifəsini qaldıraraq onu şöbə müdiri kimi təyin edə bilməyəcək. Müşavir, müşavir köməkçisi, baş direktor, baş direktorun müavini, departament rəisi kimi təyinatlar üç tərəfli imza ilə mümkün olacaq. Yəni bu kimi təyinatlarda nazir, baş nazir və prezidentin imzası olmalıdır.

HDP-dən Əli Heydər Koncanın rəhbərlik etdiyi Avropa Birliyi Nazirliyindən nazirin təlimatı ilə getdikləri işgüzar səfərlərdə əməkdaşlar ancaq baş nazirin izni ilə Avropada görüşlər keçirə biləcəklər./ans/
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı