Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Rusiya hərbçiləri Suriyaya göndərildi

Rusiyaya məxsus reaktiv təyyarələr Suriyaya göndərilib.

Bu haqda işğalçı İsrailin "Ynetnews" saytında Aleks Fişman yazıb. "Adı açıqlanmayan bir neçə qərb diplomatı Rusiya hərbçilərinin Suriyaya çatdığını deyib. Onlar Dəməşq yaxınlığındakı bir aviabazada yerləşiblər", - deyə müəllif öz yazısında bildirib. O, həmin qüvvələrin hədəfinin İŞİD terrorçuları və Suriya müxaliflərinin olduğunu bildirib.

Aleks Fişman daha sonra diqqəti Rusiya-İran-ABŞ münasibətlərinə, onlar arasındakı gizli razılığa çəkib. Onun fikrincə, Rusiya hərbçilərinin Suriyaya göndərilməsi İranla aralarında əldə edilən razılığın məhsuludur. İranın gizli hərbi əməliyyatlarına rəhbərlik edən general-mayor Qasım Süleymaninin bu yaxınlarda Moskvaya səfərini qeyd edən Fişman iki ölkə arasında razılığın məqsədini də izah edib.



"Məqsəd vaxtilə sovet hakimiyyəti altında olan müsəlman dövlətlərinə İŞİD və digər ekstremist qüvvələrin keçməsinin qarşısını almaq üçün Suriyanı baryer olaraq saxlamaqdır", - deyən jurnalist ABŞ-ın da bu razılığı susaraq dəstəklədiyini vurğulayıb.
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı