Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Türkiyədə tutulan britaniyalı jurnalistlər terrorda ittiham olunur

İki britaniyalı jurnalistin avqustun 28-də Türkiyənin Diyarbakır vilayətində Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən niyə həbs olunduğu məlum olub.

«Vice News»un reportyoru Ceyk Hanrahan, operator Filip Pendlebury və onların tərcüməçisi İŞİD terrorçuları ilə əlbir olmaqda ittiham olunur.

Tərcüməçinin Türkiyə vətəndaşı olduğu bildirilir.
Hər üç şəxs Silvan ərazisində yerli əhalinin fövqəladə vəziyyətin elan olunmasına etiraz olaraq keçirdiyi aksiyanı videolentə alarkən həbs olunub.
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber