Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Kiyev qarışdı - 130 nəfər xəsarət alıb

Ötən gün Kiyevdə baş verən etiraz aksiyaları zamanı azı 130 nəfər yaralanıb. BBC xəbər verir ki, bir polis zabitinin öldürüldüyü etiraz aksiyalarına səbəb Ukraynanın şərqində rusiyapərəst üsyançılara daha çox muxtariyyətin verilməsi ehtimalı olub.
Ukrayna prezidentinin humanitar məsələlər üzrə köməkçisi Olqa Boqomolets bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır, onlardan biri komadadır.
Dinc başlayan nümayişdə insanlar parlament binasının önündə bayraqlar dalğalandırıb. Lakin daha sonra etiraz aksiyası zorakılıqlara səhnə olub.
Həm nümayişçilər, həm də polis göz yaşardıcı qazdan istifadə edib.
465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı