Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

08 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.
Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 12-15, günün ikinci yarısında 4-6 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Dekabrın 08-də havaın günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
1739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber