Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

İŞİD-də çevriliş

Ötən gün İraqın Neyn'va vilayətində İŞİD terror təşkilatının 120 yaraqlısı edam olunub.

Bu barədə “Al Sumaria” telekanalı Kürdüstan Demokratik Partiyasının (KDP) rəsmisi Səid Mamuziniyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, edam olunan yaraqlılar çevriliş etmək və İŞİD lideri Əbu Bəkr əl-Bağdadini devirmək cəhdində ittiham olunublar.

Mamuzini vurğulayıb ki, çevriliş 30 avqust tarixində baş verməliymiş.

“Lakin iki gün əvvəl həbs olunan 5 İŞİD yaraqlısı çevriliş planını açıqlayıb”, - deyə KDP rəsmisi bildirib.

Bundan sonra aralarında 18-i komandir olmaqla, 122 yaraqlı çevriliş cəhdində ittiham olunaraq Mosul şəhərinin cənubunda yerləşən həbsxanada güllələnib.
513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP