Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Ruhullah Axundzadəyə qarşı təzyiqlər davam edir.

Bağışlayan və mehriban Allahın adı ilə! 

Bildiyiniz kimi atam Ruhullah Axundzadə 2013-cü ilin may ayında miokard infarktı keçirib. O gündən bəri dərmanlarla yaşayır və xəstəlikləri də get-gedə artmaqdadır. Atamın səhhəti ilə bağlı ara-sıra mətbuata məlumat versək, bəyanat və müraciətlər yazsaq da son zamanlar bunların heç birini etməmişik. Bunun da müəyyən səbəbləri var ki, onlardan biri də etdiyimiz müraciətlərə vaxtında əks reaksiya və əks cavab verildiyindən (görünüşdə müsbət cavab olsa da) ehtiyac qalmayıb. Bu gün isə artıq məcbur oldum bunları yazmağa. Belə ki, bu gün 01 sentyabr 2015-ci il saat 09-15 atam evə zəng edir. Dəstəyi götürürəm və bu arada kiminsə kənardan deyinməyini eşidirəm. Atam da ona etirazını edir, bu arada mən atamdan onun kimliyini soruşuram və atam da mənə onun adını deyərkən dəstəyin əlindən zorla alınmasının səsini eşidirəm. Xatırladım ki, atamın infarkt keçirməsinə səbəb olan son hadisələrdən biri də telefonla danışmaq hüququndan yararlanmağa icazə verməmələri olmuşdur. Atamın adını çəkdiyi harınlamış Mobil adlı ədliyyə “reketidir” ki, məhbusun qanunla həftədə iki dəfə 15 dəqiqə olmaqla telefondan istifadə hüququ olsa da bu “reketə” rüşvət verməsə telefonla danışa bilməz. Əgər digər məhbuslar rüşvət verib canlarını qurtarsalar da Ruhullah Axundzadə kimi bir şəxsiyyət üçün bu yetərsizdir. Çünki Mobil və Mobil kimilər atamın hər fürsətdə aradan getməsi üçün müxtəlif təzyiq formalarından istifadə etməyi “Ağa”larının əmri ilə qarşılarına məqsəd qoyublar.
Bundan başqa Ruhullah Axundzadənin səhhətinə zərər verə biləcək və onun aradan getməsinə səbəb ola biləcək bütün təzyiq formalarından istifadə edən digər ədliyyə “reketləri” haqqında da yaxın zamanda mətbuata məlumat verəcəyik. 

Axundzadə Muhəmmədəli Ruhullah oğlu.
01-09-2015
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...