Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Fələstin tarixi divar rəsmlərində

Həyat tərzi İordan çayının qərb sahilindəki Nablus şəhərində yerli rəssamlar 130 metr uzunluğu olan divarda Fələstinin 3 500 illik tarixini şəkillərlə canlandıracaq. Ans Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, bu işlə fələstinli 25 rəssamdan təşkil olunmuş “Atina” adlı qrup məşğul olacaq.

Şəkillərdə Fələstin Azadlıq Təşkilatının mərhum lideri Yasir Ərəfat, tanınmış şair Mahmud Dərvişin şəkilləri, habelə Fələstin intifadası zamanı baş vermiş əhəmiyyətli hadisələr öz əksini tapacaq.

Smeta dəyəri təxminən 70 000 dollar olan layihə 2 həftə əvvəl maliyyə çatışmazlığı səbəbindən dayandırılmışdı.

 

 














1793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber