Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Naxçıvanski adına Hərbi Liseyin kursantı kanalda batdı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub. “Report”un xəbərinə görə, o, Cəfərov Vüsal Qara oğludur. 16 yaşlı yeniyetmə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantıdır.
Hadisə V.Cəfərov su kanalının yaxınlığında qoyun otaran zaman baş verib. Belə ki, kanalın üstündəki dəmir boru ilə digər tərəfə keçən yeniyetmənin ayağı sürüşüb və o, kanala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Hazırda xilasedicilər yeniyetmənin axtarışlarını davam etdirir.
464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59