Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

ABŞ generalı İŞİD-ə qarşı müttəfiq kimi "Nüsrət Cəbhəsi" terrorçularını göstərdi

MKİ-nin (CİA) sabiq direktoru Devid Petreus İŞİD-lə mübarizə yolu kimi Suriyada Əsədə qarşı döyüşən “Nüsrət Cəbhəsi” silahlı qruplaşmasına arxalanmağı təklif edib.

Hər iki təşkilat Bəşər Əsəd rejiminə qarşı onlar arasında düşmənçilik var. “Daily Beast” nəşrinin yazdığına görə Petreus İraq və Əfqanıstan müharibələrində tətbiq olunan taktikanın eynisini İŞİD-ə qarşı işlətməyi təklif edib.

O zaman o, koalisiya qüvvələri daha tolerant silahlı qruplaşmaları öz tərəflərinə çəkə bilmişdilər.

Petreus etiraf edib ki, İŞİD-ə qarşı istifadə olunan indiki metodlar fayda vermir. Lakin Vaşinqtonun onun təklifini qəbul etməsi az ehtimal olunur.

Qeyd edək ki, general Petreus anti-teror əməliyyatları üzrə ABŞ-ın baş eksperti sayılır. O, İraq və Əfqanıstandakı ABŞ qoşunlarına komandanlıq edib.
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı