Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Reyhanlıda terrorçuların qaldığı evlərlə bağlı şok iddia

Son ay yarım ərzində bu evlərdə 150-dən çox adamın qalıb

Dünya Suriyada hökumət qüvvələrinə qarşı döyüşmək üçün Türkiyəyə gələn üsyançıların qaldığı evlərlə bağlı həm maraqlı, həm də təəccüblü iddialar səsləndirilməyə başlayıb.

Ans-in BBC-yə istinadən verdiyi məlumata görə, Urfa vilayətinə bağlı Reyhanlı rayonunda olan həmin "etibarlı ev"lərə cavabdeh olan şəxs, son ay yarım ərzində bu evlərdə 150-dən çox adamın qaldığını söyləyib.

Onun sözlərinə görə, bu müddət ərzində evdə qalanların 15-20 nəfəri İngiltərə vətəndaşı olub: "Onlar xüsusi dəvətlər vasitəsilə bura gəlirlər və Suriyaya keçməmişdən əvvəl 1-2 gün burada qalırlar. Ölkələrinə qayıtmalarını təmin edəcək uçuşları gözləmək üçün yenə burda qalırlar".

Fransa vətəndaşı olduğunu söyləyən başqa bir üsyançı isə, saylarının minlərlə olduğunu deyib: "Dünyanın dörd bir yanından gəlirik və hamımız Əl-Qaidə üzvüyük". Hələ Fransada orta məktəb şagirdi ikən Əl-Qaidəyə qatıldığını bildirən cihadçı, 8 min nəfərlik bir briqadanın üzvü olduğunu qeyd edib.

Suriyada rejim qüvvələrinə qarşı silahlı mübarizə aparan bu üsyançılar, Azad Suriya Ordusunun tərkibində döyüşürlər.

ASO-nun keçmiş zabitlərindən biri BBC-yə müsahibəsində bildirib ki, rəhbəri olduğu vahid üsyançılar tərəfindən əsir alınınca, Türkiyəyə qaçmaq məcburiyyətində qalıb: "Bizə əsl müsəlman olmadığımızı söylədilər. Yoldaşlarımı dəmir çubuqlarla döydüklərinə və öldürdüklərinə şahid oldum. Hər yer qanla örtülmüşdü. Biz inqilabı azadlıq və bərabərlik üçün etdik, amma mücahidlər bunu istəmir. Onlar Suriyanı yox etməyə gəliblər".
1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:51