Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Ukrayna parçalanır: Luqansk rus rubluna keçdi

Ukraynanın şərqində yerləşən qondarma Luqansk Xalq Respublikası bu gündən etibarən Rusiya rubluna keçdiyini açıqlayıb.

Bu barədə qondarma respublikanın Nazirlər Şurasının sədri Gennadi Çepkalov məlumat verib. Onun sözlərinə görə, rus rubluna keçidə səbəb Kiyev rəhbərliyinin ölkənin şərqini iqtisadi blokadaya salma təşəbbüsü ilə bağlıdır.

Luqanskda rəsmi valyutanın rubl təyin olunmasına Rusiya da münasibət bildirib. Kreml sözçüsü Dmitri Peskov rublun beynəlxalq pul vahidi olduğunu deyib:

"Rubl öz cazibəsini saxlamağa davam edir və güvənli bir pul vahididir. İstənilən ölkə sərbəst şəkildə bu puldan istifadə edə bilər".
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR