Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2015

Prezident ona qarşı sui-qəsd planından danışdı

Venesuela prezidenti Nikolas Maduro ona qarşı planlaşdırılan sui-qəsddən danışıb.

“The Guardian” xəbər verir ki, Madura Vyetnama səfər öncəsi Kolumbiya hökumətini onu məhv etmək cəhdində ittiham edib.

Onun sözlərinə görə, Kolumbiya hökuməti onun öldürülməsi və Venesuela hökumətinin devirilməsi üçün sui-qəsd planı hazırlayır.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər bir həftə əvvəl gərginləşib. Kolumbiya ilə həmsərhəd regionda qaçaqmalçıların hücumları ilə əlaqədar üç hərbi qulluqçu və bir dinc sakin yaralanıb.

Nikolas Maduro Kolumbiya ilə sərhədi bağlayıb və altı sərhəd şəhərində fövqəladə vəziyyət elan edib. Venesuela hökuməti ölkədəki mindən çox kolumbiyalı miqrantı deportasiya edib, daha beş min kolumbiyalı isə könüllü şəkildə Venesuelanı tərk edib.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...