Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Olimpiada məşəli 101 yaşlı qocada (Foto)

Məşəlin bundan sonra Rusiyanın ən yüksək zirvəsi olan 5642 metrlik Elbrus zirvəsinə aparılması planlaşdırılır
Soçi 2014 Qış olimpiadasının məşəlini ötən gün ən yaşlı adam aparıb. Ans olimpiadanın rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, keçmiş tenisçi və idman hakimi Aleksandr Kaptarenkonun 101 yaşı var. 

Məlumata görə, Rusiyanın Novosibirsk şəhərində 200 metrlik məsafədə olimpiada məşəlini aparan Kaptarenko “olimpiada məşəlini aparan ən yaşlı adam” ünvanını əldə edib. 

Qeyd edək ki, kosmosa, şimal qütbünə, Baykal gölünün dibinə aparılan məşəlin bundan sonra Rusiyanın ən yüksək zirvəsi olan 5642 metrlik Elbrus zirvəsinə aparılması planlaşdırılır. 



1632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03