Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

Moskva və Tehran arasında mühüm saziş imzalandı

Rusiya və İran arasında aviasiya mühərriklərinin və qaz turbinlərinin birgə istehsalına dair saziş imzalanıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu “Sputnik” agentliyinə müsahibəsində İranın müdafiə nazirinin müavini Mənuçöhr Manteqi bildirib.

Nazir müavini İranın Rusiya mühərrikləri üçün geniş bazara çevriləcəyini və qaz turbinli mühərriklərin istehsalının təkmilləşdirilməsinə öz töhvəsini verə biləcəyini qeyd edib.

Saziş Moskva ətrafındakı Jukovskidə keçirilmiş “MAKS-2015” aviasalonu çərçivəsində imzalanıb./apa/
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber