Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

Avropa İttifaqı Rusiyaya və Donbas separatçılarına qarşı sanksiyaları 2016-cı ilin martınadək uzada bilər. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 200-dək rusiyalı və ukraynalı fiziki və hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar Moskvaya təzyiq məqsədilə uzadıla bilər.

Əvvəl tətbiq edilmiş sanksiyaların müddəti 2015-ci ilin sentyabrın 15-dək davam etdiyindən qərarın sentyabrın ortalarında veriləcəyi gözlənilir.

Ukrayna prezidenti Pyotr Poroşenko bundan əvvəl Aİ Şurasının rəhbəri Donald Tusk ilə görüşündən sonra Aİ-nin Rusiyaya qarşı sanksiyalarının sentyabrda uzadacağına əmin olduğunu bildirib.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber