Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

Türkiyə daha iki hərbçisini itirdi

Türkiyənin Suriya ilə həmsərhəd Kilis əyalətində terrorçular türkiyəli hərbçini qətlə yetirib. “Haber Türk”ün verdiyi xəbərə görə, terrorçular Suriya ərazisindən hərbçiləri atəşə tutub.

Məlumata görə, hərbçilər sərhəd zolağını patrul edərkən qanunsuz Türkiyə ərazisinə keçməyə cəhd edən bir qrup şəxsi aşkarlayıblar. Silahlı şəxslər hərbçiləri atəşə tutub. Əyalət valisi Suleyman Tapsızın sözlərinə görə, hərbçilərdən biri hadisə yerində həlak olub, daha biri isə itkin düşüb: “Atışma baş verdiyi ərazi Suriya tərəfində İŞİD terror qruplaşmasının nəzarəti altındadır”, deyə Suleyman Tapsız bildirib.

Bundan başqa, Batman əyalətində PKK xidməti avtomobildə hərəkət edən hərbçiləri avtomat silahdan atəşə tutublar. 20 dəqiqə davam etmiş atışma zamanı hücumçulardan biri öldürülüb, daha biri isə saxlanılıb. Daha biri isə ərazidən uzaqlaşa bilib, onun axtarışları davam edir. Hücum zamanı yerli polis komissarının müavini həlak olub, daha bir asayiş keşikçisi yaralanaraq xəstəxanaya yerləşdirilib.
504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17