Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

Azan qadağasına etiraz edən AİP-in komitə sədri və üzvləri həbs edildi

Bir müddət bundan öncə Biləsuvar şəhərinin mərkəzində yerləşən Cümə məscidində azan verilməsinin qarşısının alınmasına etiraz edən yerli inanclılar barəsində cinayət işinin açılması ilə bağlı xəbər vermişdik.

Artıq xeyli zaman idi ki, barələrində cinayət işi açılan şəxslərin məhkəməsi davam edirdi.

Bu gün məhkəmənin sonuncu iclası keçirilib və hakim baş verən olayda adları keçən şəxslərdən 3 nəfəri barəsində həbs qərarı çıxarıb.

Barəsində 2 il həbs qərarı çıxarılan şəxslərdən biri AİP-in Biləsuvar rayonunun komitə sədri Ağabala Qasımovdur. 2 və 3 il azadlıqdan məhrum edilən şəxslər isə komitə üzvləri Məmmədov Elvin, Mailov Yusif olub.

Azərbaycan İslam Partiyası baş verənləri ölkədə insan haqlarının pozulması, partiyaya hakimiyyətin növbəti qərəzi kimi dəyərləndirərək barələrində həbs qərarı çıxarılan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edir./İslaminsesi.org/
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38