Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

BMM-də AİP-in tədbirinə müəmmalı səbəblərdən icazə verilmədi

Xəbər verdiyimiz Azərbaycan İslam Partiyası (AİP) keçən gün saat 11-də yeni sədr təyinatı ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində press konfrans keçirəcəkdi. Konfransın əsas məğzi isə medianı maraqlandıran sualların yeni sədr tərəfindən cavablandırması ilə bağlı idi.

Lakin tədbirin keçirilməsi müəmmalı səbəblərdən təxirə salınıb. Belə ki, BMM-də məsələyə məsul olan şəxslər bunu anlaşılmazlıqla izah etməyə çalışsalar da, deyilənlər öz təsdiqini tapmadı.

Dünən saat 3 radələrində AİP-in sədr müavini Akif Heydərli tərəfindən tədbirin yeri ilə bağlı BMM-ə zəng edilərək konfransın keçirilmə tarixi və saatı tam şəkildə razılaşdırılıb. Lakin bu gün səhər saat 11-də AİP üzvləri və media nümayəndələri BMM-nin binasına yığışsalar da, konfrans zallarına nəzarət edən şəxslər dünən Akif adlı bir şəxsin AİP adından və 0503979680 nömrəsindən zəng edərək tədbirin təxirə salındığını və konfrans zalını başqa bir təşkilata saat 11:00 üçün icarə verdiklərini söyləyib.

Halbuki partiya üzvləri arasında heç kimin belə bir nömrəsi olmayıb. Həmin nömrə ilə əlaqə saxladıqda isə, “mənim vaxtım yoxdur sizə cavab verməyə, öz probleminizi özünüz həll edin, sağ olun” – deyib telefonu söndürdü.

Eyni halda onu da qeyd edək ki, saat 11:00 üçün zalda heç bir tədbir keçirilmirdi.

AİP rəhbərliyi bu gün nəzərdə tutulan tədbiri bir neçə gündən sonra keçirilməsi ilə bağlı qərar qəbul edib.

AİP-in yeni sədrinin medianı maraqlandıran sualları cavablandırası ilə bağlı keçiriləcək konfransın yeri və zamanı haqqında media nümayəndələri məlumatlandırılacaq./İslaminsesi/

00000001

0000000000003

540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber