Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Elşad Abdullayev Zahid Oruca cavab verdi

Deputat isə onun cəzalandırılmasını tələb edir

ABU-nun sabiq rektoru Elşad Abdullayevə qarşı deputat Zahid Orucun maraqlı açıqlaması var. “Baş Prokurorluq Elşad Adbullayev barəsində açdığı cinayət işini sadəcə neytral bir vəziyyətdə saxlamaqla kifayətlənməməlidir və lazımi işləri görməlidirlər”. Bunu azvision.az-a açıqlamasında Z.Oruc E.Abdullayev barəsində açılmış cinayət işi ilə bağlı danışarkən deyib.  Onun sözlərinə görə, müxtəlif dairələr elə bir çətir qurublar ki, onu yarıb keçmək və E.Abdullayevin ekstradisiyasına nail olmaq reallaşmır: “Bu o nəticənin göstəricisidir ki, nə dərəcədə beynəlxalq aləmdə kimlərsə hüquqa böyük dəyərlər verirlər. Açıq-aşkar dəyərləri cinayət məsuliyyəti doğuran bu şəxsin himayədarları xeyli dərəcədə Azərbaycan əleyhinə olan dairələrdir”. 

Z.Orucun sözlərinə görə, ölkə daxilində də E.Abdullayevin himayədarları var: “Məsələnin başqa bir tərəfi də odur ki, hazırda ölkə daxilində Abdullayevi müdafiə edənlərin hakimiyyət əleyhinə bir cəbhə açmağıdır. Korrupsiyaya qarşı mübarizəni özünün ideologiyası elan edən müxalif dairələr onu həm informativ, həm siyasi cəhətdən ciddi müdafiə edirlər. Bunun özü sübut edir ki, onların korrupsiyaya qarşı mübarizə üsulu nədən ibarətdir? Elşad Abdullayev həmin çirkli vasitələrlə qazandıqları pulların kiçik bir vasitəsini bu mübarizəyə yönəltsə onu da məmnunluqla qəbul edərlər”.

Deputatın ittihamları ilə bağlı cumhuriyyet.az E.Abdullayevin mövqeyini öyrənib. Saytın sualına Fransada olan mühacir-rektorun cavabı çox qısa olub: “Mənim Zahid Oruc kimi adamların nə fikri ilə tanış olmağa, nə də ona cavab verməyə vaxtım yoxdur. Hər halda bu fərari deputatı Azərbaycan xalqı tanıyır.”

Amma deputata cavab Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsindən gəldi. Komitədən daxil olan yazıda aşağıdakılar bildirilib: “Rəhmətlik Məmməd Nazimoğlu onun diaqnozunu dəqiq vermişdi. Məmməd əmi Nəsiminin şeirindən sitat gətirərək ”Zahidin bir barmağın kəssən dönər haqdan qaçar" yazmaqla Zahid Orucu nəzərdə tutmuşdu. Zahid Orucun ona cavabı ola da bilməzdi. Özünü siyasi fəlsəfənin bilikli nümayəndəsi kimi təqdim edən, yazılarında nəzəriyyəyə üstünlük verən Zahid Oruc praktikada söylədikləri ilə daban-dabana ziddir.


O sıradan bir deputat olsaydı üstündən sükutla keçə bilərdik. Hörmətli Zahid əfəndi prezidentliyə iddialı idi. Çox sadə məntiq və aksiom var - prezidentliyə namizədliyini irəli sürmək o deməkdir ki, sən hazırkı prezidentə rəqibsən, ona qarşı çıxırsan, onun idarəçiliyini bəyənmirsən. Deməli, Zahid Oruc İlham Əliyevə qarşı çıxır, onun siyasətini təqdir etmir, seçkilərdə İlham Əliyevə qalib gələrək prezident olmaq istəyir. Amma Z.Oruc öz mənsub olduğu iqtidara, sahibinə və təriflədiyi YAP-a qarşı çıxa bilməz. Bu, onun xarakirisi olardı. Onun missiyası iqtidarı tənqid etmək, öz platformasını açıqlamaqdan ibarət olmayacaqdı. Z.Orucun vəzifəsi Milli Şura, onun namizədi Cəmil Həsənli, qurum rəhbərliyində olan İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və başqaları haqda danışmaq oldu. Yəni bu adamı hər zaman məqsədlər üçün istifadə ediblər və bu gün də edirlər. Başqa sözlə, Z.Oruc bir qrupun “ştatlı” şilləvuranıdır"./musavat/
1712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP