Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

Putin: “Qlobal nəzarət əldən çıxır”

Rusiya Prezidenti Vladimir Putin Çin səfəri öncəsi “Xinhua” agentliyinə müsahibə verib.

Beynəlxalq vəziyyətin getdikcə nəzarətdən çıxdığını deyən Putin dünyada artan gərginliyin səbəbini Qərb ölkələrində görüb:

“Bəzi ölkələr öz üstünlüklərini qorumaq üçün hər cür qanunsuzluqlara əl atır. Öz ölkələrində insan hüquqları və hüququn üstünlüyündən bəhs edirlər. Lakin BMT-də beynəlxalq arenada dövlətlərin bərabərlik prinsipini unudurlar “.

Rusiya və Çin arasında belə bir dövrdə inkişaf edən əlaqələrin əhəmiyyətinə toxunan Kreml rəhbəri yalnız əməkdaşlıq yolu ilə mübarizə aparmağın mümkün olduğunu bildirib:

“Belə bir vəziyyətdə Rusiya-Çin əməkdaşlığı inkişaf edir. Milli və regional sabitlik, təhlükəsizlik əsas hədəfimizdir”./axar/
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25