Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Zeytun yağı sümükləri möhkəmləndirir

İspan elm adamlarının araşdırmasına görə, zeytun yağı sümüklərin möhkəmlənməsini təmin edir.

“Girona Tibb Mərkəzi”nin mütəxəssisləri zeytun yağı və zeytunun sümükləri möhkəmlənməsinə süddən daha çox təsiri olduğunu iddia edirlər. 2 il davam edən təcrübələrdə iştirakçılara xüsusi diet təyin edən mütəxəssislər bu qənaətə gəliblər.

Könüllülərin yarısına tərkibində əsas zeytun və zeytun yağı olan Aralıq dənizi dieti tətbiq olunub. Digər yarısına isə az kalorili qidalardan istifadə etmək tövsiyyə olunub.

Təcrübənin sonunda Aralıq dənizi dieti edənlərdə sümük inkişafını dəstəkləyən zülalın daha yüksək olduğu bəlli olub. Təcrübəyə qatılan digər könüllülərin sümük quruluşundasa heç bir dəyişiklik görülməyib.
2122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi