Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

Biz İŞİD-in internet fəzasında hər bir hərəkətindən xəbərdarıq!

Nur-az.com shia-news.com-a istinadən:
Bu yaxınlarda yeni üzə çıxan “Ghost Security” hakerlər qrupu elan edib ki, onlar İŞİD-in internet fəzasındakı bütün fəaliyyətlərindən xəbərdardırlar. Onların bu ifşanı qrupun təsis edilməsinin birinci ildönümü münasibətilə elan etdikləri və həmçinin İŞİD-in həmin fəzada Nyu-York və Tunisə etdiyi neçə hücum və nüfuzunun qarşısını ala bildikləri qeyd edilir. Ghost Secority internet fəzasında İŞİD-ə qarşı ciddi əməliyyatlar apararaq onlara qoşulmaq istəyənlərin hamısını bu mübarizəyə dəvət edir. Onlar öz saytlarında məqsədlərinin yalnız İŞİD, əl-Nüsrət cəbhəsi, əl-Qaidə, Buko-Haram və əl-Şəbab kimi mürtəce-terrorist qrupları ilə mübarizəyə həsr etdiklərini və bu ünsürlərin məcazi fəzada bütün fəaliyyətlərindən xəbərdar olduqlarını bildirirlər. Ghost Security həmçinin Amerika dövləti ilə rabitə yaratmaq məqsədilə ölkə daxilindəki şirkətlərdən birini də, özlərinə rəsmi nümayəndə və vəkil təyin ediblər. Onların mətbuat xidmətinin verdiyi məlumatda indiyədək İŞİD-in Twitterdə 59 min istifadəçi üzvünün, Youtube-da qorxu və vahimə yaradan 1300 videofilminin və 130 internet saytının qıfılladıqları və eləcə də, bundan sonra həmin qruplar üçün canişin və ikinci dərəcəli üzv formasında gizli fəaliyyət göstərən istifadəçilərin qarşısının alınacağı bildirilir.
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber