Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

İmam Musa Sədr haqda qəti məlumat Hizbullah üçün hər şeydən əhəmiyyətlidir!

Nur-az.com shia-news.com-a istinadən:
Hizbullahın İmam Musa Sədrin itkin düşməsinin 37-ci ildönümü münasibəti ilə verdiyi bəyanatda belə qeyd edilir:
“İmam Musa Sədr Müqavimətin ilkin rəhbəri olub və onun itkin düşməyi hadisəsi həmişə Hizbullah üçün ən əhəmiyyətli məsələ olub və olacaqdır. Onun naməlum şəkildə oğurlanma cinayətindən 37 il sovuşmasına baxmayaraq xatirəsi həmişə diridir və qaragüruhun iyrənc əməli heç vaxt bu böyük şəxsiyyətin izzət və şərəfinə kölgə sala bilməyib… Onun itkin düşməyi nəinki ümidsizlik yaratmayıb, əksinə, Livanın cavanlarında əzm və iradəni elə artırıb ki, 2000-ci ildə ölkənin cənubunun azadlığı, o cümlədən, 2006-cı ildə sionist rejimin ağır məğlubiyyəti həmin ruh yüksəkliyinin sayəsindədir… İmam Musanı oğurlayanlar hal-hazırda tarixin qəbiristanlığına gömülsələr də, bu Liviya rəsmilərinin onun axtarışı haqda daha heç bir tədqiqata ehtiyac olmadığını göstərmir… Onun itkin düşməyinə dünya ictimaiyyətinin, o cümlədən, region ölkələrinin sükutu və biganəliyi şiddətlə məhkum edilir… İmam Musa Sədrin yolu həmişə üzümüzə üfüqlər açır və Livanın oğulları onu özlərinə ülgü sandıqlarından həyatda hər cür təhlükə zamanı, o cümlədən, sionist rejimi ilə mübarizədə düzgün mövqe seçmələrinə şərait yaradır...”
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26<