Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2015

AİP Biləsuvardakı həbslərlə bağlı bəyanat yaydı

Bu gün Azərbaycan İslam Partiyasının idarə heyətinin iclası keçirilib. İclasda dünən Şirvan şəhər Məhkəməsinin partiyanın Biləsuvar rayonunun komitə sədri Ağabala Qasımov və iki üzvü Elvin Məmmədov, Yusif Mailov barəsində dünən çıxarılan həbs qərarı müzakirə edilib.

İdarə heyətinin üzvləri baş verənləri AİP-ə qarşı baş qaldıran təzyiqin və repressiyaların tərkib hissəsi kimi dəyərləndirilib. Onlar AİP üzvləri barəsində çıxarılan qərarın tamamilə əsassız və haqsız olduğunu vurğulayaraq barələrində həbs çıxarılan şəxslərin dərhal azadlığa buraxılmasını tələb ediblər.

İclasın sonunda sözügedən həbslərlə bağlı AİP idarə heyəti bəyanat yayıb.


Azərbaycan İslam Partiyasının B Ə Y A N A T I

Bir müddət öncə Azərbaycan İslam Partiyasının Biləsuvar Rayon Komitəsinin sədri Ağabala Qasımov, komitə üzvlərindən Yusif Mailov və Elvin Məmmədova qarşı Biləsuvar Rayon Polis İdarəsində cinayət işi qaldırılmışdı. Cinayət işinin əsas motivi kimi guya islamçıların rayonda fəaliyyət göstərən cümə məscidinin axunduna qarşı zor tətbiq etmələri göstərilmişdi.

Baş verənlərlə bağlı AİP funksionerləri dəfələrlə Biləsuvar rayonunda olmuş, buradakı dini cameənin üzvləri, komitə fəalları, ibadət əhli və rayonun hörmətli şəxsiyyətləri ilə görüşlər keçirmiş, vəziyyəti tam araşdırmışlar. Rayon icra hakimiyyəti məsullarının islamçılara qarşı hazırladığı qərəzli təxribat tədbirlərinə məscidin axundunun cəlb edilməsi müəyyənləşdirilmişdir. Baxmayaraq ki, axund Əlifağa əvvəlcədən verdiyi saxta izahatından yayınmışdır, hüquq mühafizə orqanları yuxarıdan verilən sifarişi icra edərək saxta cinayət işini məhkəməyə köçürmüşdür.

Dünən Biləsuvar Rayon Məhkəməsi tərəfindən Ə. Qasımova və E. Məmmədovun hər birinə iki il, Yusif Mailova 3 il həbs cəzası elan olunmuşdur.

Azərbaycan İslam Partiyası baş verənləri quruma qarşı hakimiyyətin yeni həbs dalğasına başlaması kimi qiymətləndirir. Həbsin başlıca səbəbinin ölkədə və xüsusən də bölgələrdə, o cümlədən Biləsuvar rayonunda yerli icra orqanlarının özbaşınalığına, vətəndaşların sosial həyat şəraitini günü-gündən ağırlaşdıran süni bahalaşmalara, xidmət obyektlərinin yarıtmaz fəaliyyətinə qarşı İslamçıların qətiyyətli etiraz etməsi olduğunu düşünürük.

Nöqsanların aradan qaldırılması əvəzinə insanların təhdid olunması, ətrafa xof və qorxu hissi yaymaq məqsədilə haqqı deyənlərin həbsə alınması yerli icra hakimiyyəti orqanlarının siyasi mahiyyətindən irəli gəlir.

Bəyan edirik ki, bu həbsə layiq vəzifələrini yerinə yetirə bilməyən, hakimiyyəti mənimsəməklə vətəndaşları inzibati amirliklə idarə etməyə çalışan və yerli büdcələri talayan məmurlardır. Bütün bunlara rəğmən yol verilən kobud hüquq pozmalara son qoyulmasını, haqsız həbs olunan vətəndaşların tezliklə azad edilməsini tələb edirik.

Hesab edirik ki, hər bir cəmiyyətin sosial ədalət mühitində yaşamasından ötrü məhkəmə hakimlərinin ədalətli qərarları vacibdir. Biz həbs olunan şəxslər haqqında çıxarılan məhkəmə qərarlarını ədalətsiz və sifarişli hökm kimi qiymətləndiririk./İslaminsesi.org/
600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat