Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

İranda “ABŞ-a ölüm!” və “İsrailə ölüm!” adlı xalq mərkəzləri yaradılır

İranda 4 noyabr Dünya İmperializmi ilə Mübarizə Günü məqsədilə “ABŞ-a ölüm!” və “İsrailə ölüm!” adlı xalq mərkəzləri yaradılır.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Seyid Məsud Cəzayiri bildirib.

Onun sözlərinə görə, ABŞ-ın düşməncə hərəkətləri İslam inqilabının ilk günündən başlayıb: “ABŞ rəhbərliyi və beynəlxalq sionizmin İran xalqına qarşı cinayətləri heç vaxt unudulmayacaq. ABŞ-ın bölgəyə və regiondan kənar ölkələrə qarşı işlədiyi terror hərəkətləri səbəbindən dünyaya açıqlama verməsi və zərərlərini qarşılayaraq üzr istəməsi lazımdır”.
1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP