Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Cəmil Həsənli Siyavuş Novruzovu mitinqə dəvət etdi

«Bu mitinqə gələnlərin sayını kimsə dəqiq bilmək istəyirsə, buyursun gəlsin mitinqə. Gəlib qapının ağzında durub saya bilər»

“Fəaliyyəti olmayan qurum necə mitinq təyin edə bilər? Bu gün Milli Şuranın durumu çox acınacaqlı bir vəziyyətdədir. Orada heç kim yoxdur. Mitinqi kim edir? Bu hələ müəyyən deyil. Bunların hələ seçki qabağı təyin etdikləri mitinqə 500 adam gəlirdi, indi kim gələcək?”. Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Hafta.az-a açıqlamasında bildirib.

Siyavuş Novruzova cavab gecikməyib. Milli Şuranın sədri Cəmil Həsənli Hafta.az-a açıqlamasında deyib ki, onlar üçün mitinqdə say önəmli deyil. Kiməsə maraqlıdırsa, buyurub gəlib saya bilər: “Mən indiyə qədər mitinqə gələnləri saymamışam. Kim gəlibsə, meydanda olub. Əgər bu mitinqə gələnlərin sayını kimsə dəqiq bilmək istəyirsə, buyursun gəlsin mitinqə. Gəlib qapının ağzında durub saya bilər”.

Milli Şuranın sədri əlavə edib ki, bu mitinq həm də onun gənclərlə bir növ görüşü də hesab oluna bilər: “15 dekabr mitinqi gənclərin təşəbbüsüdür. Mən də dəvəti məqbul hesab edim, mitinqə gələcəm. Orada çıxış da edəcəm. Bu mitinq eyni zamanda, mənim gənclərlə görüşümdür”.

Milli Şura 15 dekabra qiymət artımına etiraz olaraq mitinq təyin edib. Qurumun Bakı Şəhər Icra Hakimiyyətinə ünvanladığı müraciətdə aksiyanın saat 16:00-dan-18.00-dək aşqağıdakı meydanların birində keçirilməsi istənilir:

Yasamal rayonunda yerləşən “Məhsul” stadionu;

Nəsimi rayonu Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança;

“Ulduz” metro stansiyası qarşısındakı park

Binəqədi rayonu Dərnəgül stansiyasının dəmiryol tərəfindəki çıxışı;

Nərimanov rayonunda yerləşən Nərimanov parkı./azadliq.info/
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber