Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Hakan Şükür: “Ərdoğan qatildir!”

Hakan Şükür Türkiyə prezidentinin Aralıq dənizində boğulan suriyalılara görə məsuliyyət daşıdığını deyib. Türkiyə millisinin və “Qalatasaray” komandasının keçmiuş oyunçusu Hakan Şükür növbəti dəfə sosial şəbəkədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana söz atıb. Şükür son günlər Aralıq dənizində Suriya qaçqınlarının boğulması zamanı baş vermiş uşaq ölümlərinə görə, Ərdoğanı ittiham edib.

Dənizdə boğularaq ölmüş azyaşlı uşağın şəklini twitter səhifəsində paylaşan Şükür buna görə Ərdoğanın məsuliyyət daşıdığını qeyd edib.

“Sentyabr 2012 Rəcəb Tayyib Ərdoğan: “Şamda cümə namazı qılacağıq”. Sentyabr 2015 suriyalı uşaqların cəsədləri Türkiyə sahillərində”- deyə keçmiş futbolçu qeyd edib.

Ötən günTürkiyə Muğla vilayətinin Bodrum rayonu sahillərində 12 suriyalı qaçqının olduğu rezin qayıq batıb. Daha sonra dalğaların sahilə vurduğu ölülər arasında 3 azyaşlı uşaq cəsədi də olub. İctimaiyyət arasında böyük təəssüf hissi ilə qarşılanan hadisədə ölən uşaqların şəkilləri min dəfələrlə müxtəlif ismarışlar yazılaraq sosial şəbəkədə paylaşılıb. Hakan Şükürün baş verənləri prezident Ərdoğanla əlaqələndirməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.

Bir vaxtlar Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından Türkiyə parlamentinə girərək millət vəkili olan Hakan Şükür daha sonra Fətullah Gülən qrupu ilə hakimiyyət arasında başlayan gərginlikdən sonra AKP-dən istefa vermişdi. Bundan sonra, “Əmrlə gəldik, əmrlə tərk edirik” deyən Şükür hər fürsətdə sosial şəbəkədə Ərdoğanı bə AKP hakimiyyətini tənqid edir. Hakan Şükür son seçkidə müstəqil namizəd kimi iştirak etsə də seçilə bilməmişdi./ans/
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı