Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Oxumaq üçün həyatlarını riskə atırlar: ən təhlükəli məktəb yolları - FOTOLAR

Yeni tədris ilinin başlanmasına bir neçə gün qalır. Övladı ilk dəfə məktəbə qədəm qoyacaq valideynlər və birincilər böyük maraqla sentyabrın 15-ni gözləyir. Lakin dünyanın bir çox ölkələrində yeni tədris ili sentyabrın 1-də başlayır. Məhz həmin gün milyonlarla uşaq, yeniyetmə məktəbə yollanır. Qeyd edək ki, ayrı-ayrı ölkələrdə relyef və iqlim şəraiti fərqli olduğundan məktəb yolları da tamamilə fərqlidir. 

Rusiya

Bu ölkənin uzaq şimalında məskunlaşmış köçəri çobanların övladları məktəbə vertolyotlarla gedirlər. 13 qəsəbədən olan məktəblilər bütün yayı tundrada valideynləri ilə birlikdə keçirir, onlara kömək edirlər. Lakin avqustun sonlarında “Mi-8“ helikopterləri oanaları məktəblərə aparır. Şagirdlər məktəblərdə yaşayır və Yeni il bayramını da orda keçirirlər. Bayramdan sonrakı qısa tətildən sonra dərs günləri yenidən başlayır və yaya qədər davam edir. 

Çin

Xunan əyalətinin əhalisi az olan Çjançzyaçze kəndi dağlıq ərazilərdə yerləşir. Burada uşaqlar məktəbə getmək üçün taxta pilləkənlərlə yuxarı dırmaşırlar. Yerli sakinlər artıq 10 ildir dövlət orqanlarına müraciət edərək, yol çəkilməsini xahiş etsələr də, müvafiq orqanlar 100 nəfərə 16 milyon dollar xərcləmək istəmir.  

Çinin digər şəhəri Qenquan Quyçjou əyalətində yerləşir. Burada da hər gün məktəbə gedən uşaqlar böyük risklərlə qarşılaşırlar. 40 ildir qayalıq yollardan istifadə edən məktəbliləri direktor müşayiət edir. Onlar bir-birinin ardınca hərəkət edərək daşların üstü ilə addımlayırlar. Daşlardan düzəldilmiş cığırların eni 50 santimetrdən artıq deyil. “Banpo Primary School”un ən kiçik məktəblisinin 6 yaşı var. 

Quyçjou əyalətinin Dekun kəndində ayaşayan uşaqlar isə məktəbə kustar üsulla hazırlanaraq kanata birləşdirilmiş kabinədə gedirlər. Onlar hər gün 80 metr məsafəni qət etmək üçün 140 metr hündürlükdən keçirlər.

İndoneziya

Bu ölkədə də hər gün yüzlərlə şagird məktəbə təhlükəli yollarla gedib gəlir. 6 kilometrlik təhlükəli körpüdən istifadə edən məktəblilər Yava adasındakı Suro və Plempunyan kəndləri arasındakı məsafəni velosipedlə qət etməli olurlar.  

Vyetnam 

Den Byen əyalətinin Sem Lenq kəndinin valideynləri və müəllimləri şagirdlərlə eyni çətinlikləri bölüşürlər. Onlar uşaqları xüsusi polietilen torbaların içərisinə qoyaraq gur axan çayın bir sahilindən o biri sahilinə keçirirlər. Burda əsas tələb şagirdləri qısa müddətdə çayın sahilinə keçirməkdən ibarətdir ki uşaqlar polietilen torbaların içində boğulmasınlar.   

Filippin

Mərkəzi Luson regionun Bulakan əyalətində şagirdlər çayın digər sahilindəki məktəbə getmək üçün avtomobil şinlərindən istifadə edirlər.  

Kolumbiya Boqotanın yaxınlığında, Rio-Neqro çayının ətrafındakı tropik cəngəllikdə yaşayan uşaqlar məktəbə 400 metr hündürlükdən keçən kanatla gedib gəlirlər. Onun sürəti saatda 80 kilometrdir. Yaşca kiçik olanlar bu yolu böyük torbaların içində qət etməli olurlar./publika/

880 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat