Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Türkiyədə vətəndaş müharibəsi və dövlət çevrilişi olacaq

Türkiyəli yazar Ahmed Altan “Bugün” telekanalının canlı yayımında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid edib.

Koza-İpək media holdinqə qarşı həyata keçirilən əməliyyatları şərh edən yazar 1 noyabr parlament seçkilərindən sonrakı dövrlə əlaqədar qorxunc proqnozlar verib.

Ahmed Altanın sözlərinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) 1 noyabr seçkilərində qələbə qazanacağı halda ölkədə vətəndaş müharibəsi və dövlət çevrilişi olacaq. “Kimsə səs çıxarmasa, AKP-nin çəkici hamımızın başına endiriləcək”, - deyən yazar cəmiyyəti AKP iqtidarına qarşı çıxmağa çağırıb.

Qeyd edək ki, dünən səhər saatlarında Koza-İpək media holdinqin Ankaradakı mərkəzində, həmçinin holdinqə aid 23 şirkətdə axtarış aparılıb. Türkiyə məhkəməsi isə holdinqin idarə heyətinin 6 üzvü haqqında həbs qərarı çıxarıb. Onların arasında holdinqin rəhbəri Akın İpək də var. Onun böyük miqdarda pulla xaricə qaçdığı bildirilir.
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 22:55