Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Rus saytı Ağdamdan yazdı

Rusiyanın “A news.com” saytı hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan və düşmənin barbarlıqla dağıtdığı Ağdam şəhərindən yazıb.

Məqalədə qondarma rejimin qəsb etdiyi qədim Azərbaycan şəhərinin illərdir dağıdılmış vəziyyətdə qaldığı vurğulanır: “Tanınmayan “Dağlıq Qarabağ Respublikasında” yerləşən, Azərbaycana məxsus Ağdam şəhərində vaxtilə 50 min əhali yaşayırdı. Şəhər bu gün tamamilə dağıdılmış, qanqal basmış vəziyyətdədir. Bu, əsl müharibə dəhşəti, insan qəddarlığı, ağılsızlığının abidəsidir.

Şəhərin ayrı-ayrı yerlərində üzərində insan skeletinin rəsmi olan xəbərdarlıq lövhələri var: “Ehtiyatlı olun, ərazi minalıdır”. Turistlər deyirlər ki, dağıdılmış şəhər insana hansısa başqa aləmdə olması təsəvvürü bağışlayır. Burada həyat dayanıb”.

Nəşr yazır ki, şəhərdə yalnız XIX əsrin ikinci yarısında inşa edilmiş qədim məscid yaxşı vəziyyətdədir: “Qarabağ müharibəsi zamanı bura öldürülmüş insanların cəsədlərini gətirirdilər. Lakin indi o, gündüz şəhərin dağıntıları arasında gəzən mal-qaranın otlaq və gəzinti yerinə çevrilib. İndi onu mədəniyyət abidəsi kimi bərpa etmək istəyirlər. Əgər ona məscid demək mümkünsə...”/publika/

 

931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39
08 d